• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3003
— 14.11.2014 13:38

Ümümdünya Diabet günü Gəncə şəhər Endokrinoloji xəstəxanasında qeyd olunub

14 noyabr Ümümdünya Diabet günü Gəncə şəhər Endokrinoloji xəstəxanasında qeyd olunub. Daha sonra isə şəkərli diabet xəstəliyindən əziyyət çəkən 37 uşaq və yeniyetmənin təmənnasız qanda qlükozlaşmış hemoqlabini yoxlanılıb.

Gəncə şəhər Endokrinoloji xəstəxanasının diabet məktəbində keçirilən toplantıda şəkərli diabetin ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, eləcə də müalicəsinin xeyli vəsait tələb edən xroniki xəstəlik olmasından danışılıb. Bu xəstəlik bütün dünyada olduğu kimi Respublikamızda, eləcə də Gəncə şəhərində də ilbəil artır. Qeydiyyatda 10 min 178 şəkərli diabet xəstəsi var ki,  bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  350 nəfər çoxdur. Xəstələr arasında uşaq və yeniyetmələrə də rast gəlinir.  Ümümdünya Diabet günü münasibəti ilə xəstəxanada qeydiyyatda olan 37 uşaq və yeniyetmənin təmənnasız qanda qlükozlaşmış hemoqlabini yoxlanılıb.

Süleyman Piriyev- Gəncə şəhər Endokrinoloji xəstəxananın baş həkimi: “Bu, aparılan müalicənin keyfiyyətinə qiymət vermək və onun nəticəsindən asılı olaraq gələcək müalicə proqramını təyin edəcək. Ona görə biz Gəncə şəhərində qeydiyyatda olan 37 nəfər uşaq və yeniyetməni qəbul etmişik, onların hamısının qanında qlükozlaşmış hemoqlabini təyin edəcəyik”.

Baş həkimin sözlərinə görə, Şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrin qanda qlükozlaşmış hemoqlabini hər 3 aydan bir yoxlanılmalıdır.  

 

Elnur Vahidoğlu