• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2993
— 14.11.2014 13:29

Gəncənin Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxana oxuculara müxtəlif məzmunlu ədəbiyyatlar təqdim edir

Qiraət sevərlər burada olan elektron kitabxanadan da yararlana bilərlər.

Fondda 4000-ə yaxın kitab var. Burada Azərbaycan və dünya klassiklərinin əsərləri, Azərbaycan, Gəncə və Qarabağın tarixini əks etdirən əyani vəsaitlər, dilçilik, xalçaçılıq və sair mövzuları əhatə edən kitablar saxlanılır. Oxuculara  Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən kitablar da təqdim olunur. Azərbaycan dilində olan nəşrlər üstünlük təşkil etsə də rus dilində olan ədəbiyyatlara da rast gəlinir. Mərkəzdə elektron kitabxana da mövcuddur ki, burada oxuculara 500-dən artıq kitab təqdim olunur. Elektronlaşdırılan kitabların sayının artırılması üçün işlər davam etdirilir.  

Ayşən Bəhramlı- kitabxanaçı: “Kitabxanamız müasir avadanlıqlarla təchiz olunub. Burada olan skayner vasitəsilə kitabları skan edib elektron kitabxanaya əlavə edirik”.

Oxucular burada olan nəşrləri yalnız kitabxana daxilində istifadə edə bilərlər.

 

Gülnar Fazilqızı