• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2993
— 14.11.2014 11:44

Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsində 4-cü turun qarşılaşmaları start götürəcək

3 gün davam edəcək turun ilk matç günündə D, F və İ qrupunun iştirakçıları mübarizə aparacaq. 2014-cü ilin son seçmə görüşü Gürcüstanda başlayacaq. Burada D qrupunun lideri Polşa meydan sahibləri ilə münasibətlərinə aydınlıq gətirəcək. III pillədə qərarlaşan son dünya çempionu Almaniya debütant Cəbəllütariqlə üz-üzə gələcək. Qrupun digər görüşündə İrlandiya Şotlandiya səfərinə çıxacaq. Qitə birinciliyinin seçmə mərhələsində F qrupunda liderlər Rumıniya ilə Şimali İrlandiya görüşəcək. Macarıstan isə Finlandiyanın gücünü yoxlayacaq. Yunanıstan yığması qrup sonuncusu olan Farer adalarını qəbul edəcək. Vəziyyətin çox qarışıq olduğu İ qrupunda isə iki oyun keçiriləcək. Serbiya Danimarkanı, Portuqaliya Ermənistanı sınağa çəkəcək.