• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2991
— 14.11.2014 11:42

Rusiya Futbol Federasiyası DÇ-2018-in rəsmi naxışının ilkin təqdimetmə mərasimini keçirib

Naxış növbəti elementlərdən ibarətdir. Belə ki, burada futbol simvolu, topun uçuşu, üç at, simurq quşu, rus baleti, balalayka, günbəzlər, duz və çörəklə qonaqların salamlaşması, matryoşka, məscid, səma və ulduzlar, ürək, meşə giləmeyvələri, Trans sibir ekspressi və digər simvollar həkk olunub.

Qrafikin fonu məqsədli qruplardan asılı olaraq, bir neçə rəng tərtibatına malik olacaq. Bunların qızıldan, mirvaridən, qırmızıdan, göydən və başqa rənglərdən istifadəsi planlaşdırılır.

Qeyd edək ki, dünya çempionatının qrafik rəsmiləşdirməsinin yekun nümayişi 2015-ci ildə təqdim olunacaq.