• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 14.11.2014 11:35

Şahmatçımız Şəhriyar Məmmədyarov daha bir mötəbər turnirdə inamla mübarizə aparır

FIDE-nin Qran-Pri turnirinin 2-ci mərhələsində uğurla çıxış edən Şəhriyar Məmmədyarov daha bir mötəbər turnirdə inamla mübarizə aparır. Mixail Talın Memorialında yarışan şahmatçımız blits turnirində ilk dövrənin yekunlarına əsasən liderlik edir. Şəhriyar 11 oyuna 10 xal toplamaqla ən yaxın izləyicisini 2 xal qabaqlayır. Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirin ənənəvi iştirakçılarından olan həmyerlimiz ən yaxşı nəticəsinə 2010-cu ildə imza ataraq, yarışın qalibi olub.