• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4673
— 13.11.2014 22:46

Xaçmazda qonşu-qonşunu bıcaqlayıb

Bu gün axşam saatlarında Xaçmaz rayonunda da bıçaqlanma hadisəsi qeydə alınıb.  Xaçmaz rayon sakini, 57 yaşlı Telman Osmanov müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən zərərçəkən aralarında yaranan mübahisə nəticəsində qonşusu tərəfindən bıçaqlandığını deyib. Faktı Xaçmaz rayon Polis Şöbəsi araşdırır.