• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2305
— 13.11.2014 22:31

Norveç və Xorvatiya milliləri yoldaşlıq görüşü keçiriblər

Rəqiblərimizin hər ikisi meydanı məğlub tərk edib. Noyabrın 16-da Bakıda millimizlə üz-üzə gələcək Norveç Estoniya ilə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib ki, onu da qonaqlar vurub. 24-cü dəqiqədə sol cinahdan qurulan hücumu Konstantin Vassilyev dəqiq zərbə ilə tamamlayaraq oyunda yeganə qolun müəllifi olub. Beləliklə, Estoniyaya 0:1 hesabı ilə uduzan Norveç Bakıya məğlubiyyətlə gəlir.

Digər rəqibimiz Xorvatiya isə Cənubi Amerika təmsilçisi Argentina ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada xorvatlar 11-ci dəqiqədə Şarbiniylə önə keçsələr də son nəticədə məğlubiyyətdən qaça bilməyiblər. 49-cu dəqiqədə Aquero hesabı bərabərləşdirib. Qələbə topunun isə Lionel Messi Xorvatiyanın qapısından keçirib. Ulduz futbolçu penaltidən adını tabloya yazdırıb. Argentina 2- Xorvatiya 1.

Yoldaşlıq oyunları

12 noyabr

Norveç – Estoniya  - 0:1

Qol: Vassilyev, 24

 

Argentina - Xorvatiya - 2:1

Qollar: Aquero, 49, Messi, 57-pen - Şarbini, 11