• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 13.11.2014 22:05

Paytaxt polisi cibgirliklə məşğul olan bir ailənin 4 üzvünü saxlayıb

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat keçirərək, çox saylı cibgirlik cinayəti törətməkdə təqsirli bilinən dörd nəfəri saxlayıb. Onların arasında 63 yaşlı nənə də var.

Bir qrup şəxsin paytaxt ərazisində fəaliyyət göstərən sərnişin avtobusunda cibgirliklə məşğul olması barədə baş idarəyə əməliyyat məlumatı daxil olub.keçirilimiş əməliyyat axtarış tədbirləri nəticəsində, bir ailənin 4 üzvü- Sumqayıt şəhər sakinləri 20 yaşlı Məcid Şamilov, onun nənəsi 63 yaşlı Məleykə Şamilova, anası 44 yaşlı Mətanət Şamilova və dayısının həyat yoldaşı 41 yaşlı Natavan Şamilova cinayət başında yaxalanıblar.Onların üstündən cibgirlik yolu ilə əldə etdikləri qadın pul kisələri, mobil telefonlar, külli miqdarda nağd pul və digər əşyalar aşkarlanaraq maddi sübüt kimi götürülüb. Müəyyən olunub ki, saxlanılan şəxslər hərgün Sumqayıtdan Bakı şəhərinə gələrək, çoxsaylı cibgirlik cinayətləri törədiblər. Məcid Şamilov ifadəsində qeyd edib ki, özünə məxsus avtomobillə nənəsini, anasını və dayısının arvadını paytaxta gətirərək avtobus dayanacaqlarına düşürdüb.Qadınlar sərnişinlərin sıx olduğu avtobuslara mindikdə isə avtomobili onların ardınca sürərək, izləməyə başlayıb.Sərnişinləri soyan qadınlar növbəti dayanacaqda düşdükdə, Məcid Şamilov onları avtomobili ilə başqa dayanacağlara aparıb.Günün sonunda isə cibgirlik yolu ilə əldə etdikləri pulu bölüşüblər.

Araşdırmalar zamanı məlum olub ki, avtobuslarda sərnişinlərin cibinə Məleykə Şamilova girib. Onun qızı və gəlini sərnişinlərin başını qataraq Məleykə üçün şərait yaradıblar. Polis əməkdaşları cibgir qohumları bir qədər izləyiblər. Sonuncu dəfə isə qadınlar avtobusdan düşüb, avtomobilə minmək istəyərkən yaxalanıblar.

Saxlanılarkən Məcid Şamilov üzərindən  həmçinin 5 qrama yaxın həşiş qətranı aşkarlanıb. Saxlanılanlar əvvəllər də cibgirlik cinayətləri törətdikləri üçün dəfələrlə məhkum olunublar. Bu şəxslərin əməllərindən zərər çəkmiş vətəndaşlardan Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri  xahiş olunur.