• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4624
— 13.11.2014 19:28

Ağdam ərazisində tank əleyhinə mina və müxtəlif partlamamış hərbi sursat aşkarlanıb

Ağdam rayonu ərazisində yerləşən Ergi düzündə 1 ədəd TM 57 markalı tank əleyhinə mina və 5 ədəd müxtəlif partlamamış hərbi sursat aşkarlanıb. Mina və hərbi sursat ANAMA-nın nəzdindəki “Dayaq” Qeyri-Humanitar Təşkilatı tərəfindən aparılan axtarışlar zamanı Eyvaz Məmmədova məxsus pay torpağında tapılıb. Mina və digər hərbi sursatlar zərərsizləşdirilib.