• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4579
— 13.11.2014 19:06

Kürdəmir rayonunda yol qəzası baş verib

Kürdəmir rayonu, Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib. Kürdəmir sakini Sadiq Sübhüzadə iadrə etdiyi “VAZ 2104” markalı avtomobillə rayonun Talıstan kənd sakini Fərman Dəmirova məxsus “VAZ 2106” markalı avtomobili arxa tərəfdən vurub. Zərbə nəticəsində “VAZ 2106” yoldan çıxaraq dəmir hasara çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.