• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 12.11.2014 15:12

Gəncə ASAN xidmət mərkəzində Konstitusiyamız - hüquqi təməlimiz adlı konfrans keçirilib

Gəncə “ASAN xidmət” mərkəzində "Gənclər üçün Təhsil Mərkəzi" Gəncə Regional ofisinin təşkilatçılığı ilə "Konstitusiyamız - hüquqi təməlimiz" adlı konfrans keçirilib. Gəncədə və Samux rayonunda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin qatıldığı görüşdə Konstitusiyamızın bütün gənclər tərəfindən öyrənilməsinin vacibliyi vurğulanıb. Konrfransda ümumilikdə 30 nəfər iştirak edib.

Aygün Həsənzadə- "Gənclər üçün Təhsil Mərkəzi" Gəncə Regional ofisinin rəhbəri: "Konfransı təşkil etməkdə məqsədimiz məhz Konstitusiya günündə hüquqi məsələləri birgə müzakirə etmək, konstitusiyamızla bağlı fikir mübadiləsi aparmaqdır. Bu gün münasibəti ilə gənclərimizi təbrik edirik".

Elnur Rzayev- Gəncə şəhər "ASAN xidmət" mərkəzinin direktoru: “”ASAN xidmət” mərkəzində demək olar ki, kollektivimizin hamısı gənclərdir. Bu əlamətdar gündə də onlar konstitusiya ilə bağlı fikirlərini bölüşdürür, öz təklifləri ilə çıxış edirlər”.