• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3879
— 13.11.2014 15:46

Daşkəsən sakinləri Göygöldə bıçaq davasına çıxıb, Qazaxda isə keçmiş kürəkən həyat yoldaşı və qaynanasını bıçaqlayıb

Bu gecə Daşkəsən sakini 33 yaşlı Xəyal Əsgərov üzərində bıçaq yaraları olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. İlkin müayinə zamanı xəstənin üzərində daxilə nüfuz edən bir neçə bıçaq yarası aşkarlanıb. Dərhal əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Göygöl rayon polis şöbəsindən verilən məlumat görə, Xəyal Əsgərovu həmyerlisi 25 yaşlı Nizami Qurbanov bıçaqlayıb.  Ancaq hələlik Qurbanovu saxlamaq mümkün olmayıb. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Etibar Abbasov- həkim: “Döş qəfəsinin yaraları daxilə nüfuz etdiyindən xəstə birbaşa əməliyyat otağına götürülüb. Bütün yaralar tikilib və qanaxma dayandırılıb. Hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur”.

Qazaxda isə keçmiş kürəkən həyat yoldaşı və qaynanasını bıçaqlayıb. Hadisə rayonun Aslanbəyli kəndində baş verib.

4 ay öncə boşandığı Aybəniz İsmayılovanın evinə gələn  Teymur Eminov 24 yaşlı keçmiş həyat yoldaşı və onun anası 59 yaşlı Gülabatın İsmayılovaya bıçaqla xəsarət yetirib.

Müxtəlif bədən xəsarətləri alan ana və bala Qazax Diaqnostika Mərkəzinə çatırılıblar. Həkimlər onların vəziyyətini kafi qiymətləndirirlər.

Zərərçəkənlərin qohumlarının sözlərinə görə, Teymur Eminov həyat yoldaşına işgəncələr verməklə yanaşı, uşaqlarını döyməkdən də çəkinməyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.