• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 13.11.2014 15:40

Ağstafada yeni Musiqi və İncəsənət Mərkəzi binasının təməli qoyulub

Ağstafada ud formasında yeni Musiqi və İncəsənət Mərkəzinin təməlqoyma mərasimi keçirilib. 2 mərtəbəli müasir bina 1,5 hektar ərazidə inşa olunacaq. Musiqi mərkəzində fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları yerləşəcək. Binada müasir avadanlıqlarla təmin olunan və akustika şərtlərinə cavab verən konsert zalı da inşa olunacaq. Binanın gələn ilin mayında istifadəyə verilməsi gözlənilir. Gələcəkdə rayonda yeni yaşayış binalarının, aeroport ərazisində isə inzibati binaların inşa ediləcəyi bildirilib.