• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3161
— 13.11.2014 15:35

Gəncədə “Vətəndaş iştirakçılığı: Qanunvericilik və tətbiqi məsələlər”adlı milli konfrans keçirilib

Konfrans ABŞ və Azərbaycan hökumətlərinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi tərəfindən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə təşkil olunub.  

Konfransda Gəncə-Qazax iqdisadi rayonunu təmsil edən icra və bələdiyyə sədrləri, yerli vətəndaş cəmiyyəti, beynəlxalq ekspertlər iştirak edib. Çıxışlarda “İctimai İştirakçılıq” haqqında qanunun qəbul edilməsi ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğunun və demokratikləşmə prosesinin davamı olduğu vurğulanıb.

Azay Quliyev- Azərbaycan Prezidenti Yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri: “Bu gün Azərbaycanda siyasi plüralizim mühiti vardır. Ayrı-ayrı təşkilatlarda sərbəst şəkildə öz fəaliyyətini qura bilirlər. Bu gün Azərbaycan qanunlarına hörmət edən istənilən donor qrumları, beynəlxalq təşkilatlar sərbəst şəkildə fəaliyyət göstərirlər. Əlbəttə bu bizim nailiyyətimizdir”.

Mövcud ictimai iştirakçılıq üzrə qanunvericilik, vətəndaş iştirakçılığı sahəsində ən yaxşı beynəlxalq təcrübə, onun vətəndaşların həyatına müsbət təsiri mövzularında məruzələr dinlənilib. Gəncədə Vətəndaş Cəmiyyəti İnistitutu üçün yeni ofis binasının açılmasının  gündəm olduğu da bildirilib.

Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Gələcəkdə böyük bir ofisin açılması məsələsinə də baxılacaq və biz tərəfdən də lazımi dəstək göstəriləcək ki,  burada ofis fəaliyyət göstərsin. İnsanların sosial rifah halının yaxşılaşması üçün vətəndaş cəmiyyəti və demokratiya, söz azadlığı, insan hüquqları haqqında lazım olan bütün tədbirlər Gəncədə baş tutsun”.

Konfransda çıxış edən beynəlxalq ekspertlər Azərbaycanda fəaliyyət göstərən Qeyri-hökumət Təşkilatlarına dövlət dəstəyini yüksək qiymətləndirib.

Elnur Vahidoğlu