• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3185
— 12.11.2014 11:09

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı yeni layihənin icrasına başlayıb

Dekabrın 1-dək davam edilməsi nəzərdə tutulan “Sağlam gələcək, sağlam gənclik ilə gələcək” layihəsi çərçivəsində tələbələr və həkimlərin iştirakı ilə  dəyirmi masa keçirilib.

62 nəfərin iştirak etdiyi tədbirdə insanların zərərli vərdişləri, onların fəsadları haqqında tələbələrə geniş məlumat verilib. Daha sonra siqaretin fəsadlarından bəhs edən video çarx nümayiş olunub. “Sağlam gələcək, sağlam gənclik ilə gələcək!” layihəsinin əsas məqsədi gənclərə sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlər, narkotik maddələr və psixotrop vasitələrin zərərini onlara aşılamaq, tələbələri QİÇS ilə mübarizəyə çağırmaqdır.  

Orxan Məmmədov- GDU-nun TGT-nin sədri: “Bu cür tədbirlərin keçirilməsi həmin  gənclərə məlumat verməkdir ki, həqiqətən tutduğunuz yol yanlış addımdır və qısa zaman ərzində bu tutduğunuz yoldan çəkinməlisiniz”.

Layihəyə əsasən 1 ay ərzində xüsusi təlim keçən 20 tələbə daha sonra universitetin digər tələbələri arasında aidiyyatı məlumat vəsaiti paylayacaq. Layihənin sonununda 1 dekabr beynəlxalq QİÇS-lə mübarizə gününə həsr edilən konfrans keçiriləcək.

Mehman Abbaszadə