• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3105
— 12.11.2014 11:24

Tovuzda 2 əsrə yaxın yaşı olan su dəyirmanı

Su dəyirmanlarına çox nadir hallarda rast gəlinir. Çünki texnologiyanın inkişafı bu avadanlığa olan tələbatı azaldıb. Ancaq Tovuzun Yuxarı Öysüzlü kəndində sakinlər 2 əsrə yaxın yaşı olan su dəyirmanından hələ də istifadə edirlər.

Tovuzun Yuxarı Öysüzlü kəndində 200 ilə yaxın yaşı olan su dəyirmanı rayon sakinlərinin tez-tez üz tutduğu məkanlardandı. Kənd sakinləri ilə yanaşı, qonşu rayonlardan və paytaxtdan gəlib burada buğda üyüdənlər var. Dəyirmanda alınan undan bişirilən çörək həm dadına, həm də faydasına görə seçilir.  

Dəyirmanın içərisindəki alətlərin, avadanlıqların yüzdən çox yaşı var. Kənd sakinləri qədim dəyirmanı gələcək nəsillərin yaddaşına həkk etmək üçün gənclərə onun iş prinsipini öyrədirlər. Su gur axdığı halda dəyirman gün ərzində 1 tona yaxın taxıl üyüdə bilir. Amma ermənilər kəndə gələn suyun qarşısını kəsdikdə dəyirmanın işi ləngiyir.

Rahim İbrahimoğlu