• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2431
— 12.11.2014 10:12

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Hadisə ötən gecə şəhərin kənar küçəsində, "İmamzadə" dini kompleksi istiqamətinə gedən yolda qeydə alınıb. Bakı şəhər sakini, 53 yaşlı Əhməd Talıbov naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri ilə Gəncə şəhər TTYX-ya gətirilən yaralının vəziyyəti ağır olduğundan  xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.