• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2429
— 12.11.2014 00:26

Gəncədə avtomobil yanıb

Gəncədə avtomobil yanıb. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində 34-cü binanın qarşısında baş verib. Şəhər sakini 27 yaşlı Azər İsgəndərovun "Chevrolet Aveo " markalı avtomobili yaşadığı binanın qarşısında alışıb. Yanğından xəbər tutan avtomobilin sahibi və qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə zəng vurublar. Hadisə yerinə gələn yanğın söndürənlər dərhal avtomobili söndürüb və yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının dəqiq səbələri isə araşdırmadan sonra bilinəcək.