• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 11.11.2014 19:07

Gəncədə dələduzluq faktı qeydə alınıb

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən  verilən məlumata görə, şəhər sakini Ülfət Axundov idarəyə ərizə ilə müraciət edərək bildirib ki, bu ilin avqust ayında Mirdamət adlı şəxs işə düzəldəcəyi vədi ilə onun səkkiz min doqquz yüz manat pulunu alıb. Lakin Mirdamət onu işə düzəltməyərək pulunu da qaytarmayıb. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma davam edir.