• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2331
— 11.11.2014 19:06

Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb

31 yaşlı, Quba rayonunun Qəşrəş kənd sakini Hacıyev Anar Qurbanəli oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirildiyi müəyyən olunub. Əməliyyat olunan Anar Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir. Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini zərərçəkənin əmisi oğlu, 31 yaşlı Qəşrəş kənd sakini Hacıyev Amil Güləli oğlu tərəfindən törədildiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib. Hadisəni törətməkdə şübhəli bilinən Amil Hacıyev saxlanılıb. Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.