• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 11.11.2014 19:01

Ölkədə keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb

Ötən gün Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində avtoreyd keçirib. Reyd zamanı çox sayda yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb.

Noyabrın 10-u, axşam saatlarında Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində növbəti avtoreyd keçirib. Reyd zamanı nəqliyyat yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb, onların barəsində inzibati qaydada tədbir görülüb.

Siyəzən şəhərinin ərazisində yük avtomobillərinin hərəkəti qadağan olunub. Bunun üçün şəhər ərazisində müvafiq yol nişanları quraşdırılıb. Reyd zamanı şəhər ərazisində hərəkət edən yük avtomobilləri də saxlanılıb. Onlardan bəzilərinin nəqliyyat vasitəsini sənədsiz idarə etdiyi məlum olub.

Bununla yanaşı, reyd zamanı bir sıra digər qayda pozuntuları da aşkarlanıb. Həmçinin polisə tabe olmayan sürücülərə də rast gəlinib.

Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.