• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 11.11.2014 17:18

Bakılı məktəblilərin Qərb bölgəsinə olan ekskursiyası başa çatıb

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qərb bölgəsinə səfər edən Bakının Xətai və Pirallahı rayonlarının məktəblilər bu gün Şəmkir və Göygöldə olublar. Səhər saatlarında Şəmkirə səfər edən və buranın tarixi-mədəniyyət abidələri, gəzməli görməli yerləri ilə tanış olan şagirdələr günün ikinci yarısında Göygölə gəliblər. Rayonla tanışlıq Heydər Əliyev Mərkəzindən başlayıb. Burada məktəblilərə sadəcə mərkəz yox, rayonun tarixi və bu günü haqda da ətraflı məlumat verilib. Heydər Əliyev mərkəzi ilə tanış olduqdan sonra məktəblilər Gənclər mərkəzi və rayonun digər səfalı yerlərinə də baş çəkib. Bununla da Bakılı məktəblilərin Qərb bölgəsinə olan ekskursiyası başa çatıb.