• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3013
— 11.11.2014 16:19

Samuxda “Mənim Konstitusiyam-Mənim Hüququm” adlı məktəblilər üçün hüquq təlimi təşkil edilib

Samux şəhər Heydər Əliyev Mərkəzində 12 noyabr Konstitusiya gününə həsr olunan “Mənim Konstitusiyam-Mənim Hüququm” adlı məktəblilər üçün hüquq təlimi təşkil edilib.

Təlimdə rayonun idarə, müəssisə və təşkilatlarından, həmçinin müxtəlif ümumtəhsil məktəblərinin istedadlı şagirdləri də daxil olmaqla ümumilikdə 40 nəfər iştirak edib. Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub.

Aygün Həsənzadə -Samux şəhər Heydər Əliyev Mərkəzinin direktoru: “Belə tədbirlərin keçirilməsində məqsədimiz şagirdlər arasında öz hüquqlarını bilməsi, Konstitusiyayla bağlı hüquqlarla bağlı maarifləndirmə işinin aparılmasıdır”.

Təlim məktəblilərin məruzələri və qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Gülşən Zabitqızı