• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3011
— 11.11.2014 16:12

Şəmkir rayonunda uşaqların icbari tibbi müayinəsi davam edir

Bu günədək rayon üzrə 19 min 600 yüz uşaq tibbi yoxlamadan keçirilib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkim briqadaları, həm yerli poliklinikalarda həm də məktəblərdə uşaqları tibbi müayinədən keçirir. Bu günədək rayonun 79  ümumtəhsil müəssisəsindən  40-da şagirdlərin  tibbi müayinəsi başa çatdırılıb.

Firdovsi Aslanov- Şəmkir rayon TŞ-nin şöbə müdiri: “Bu günə qədər rayon məktəblərinin əksəriyyətində şagirdlərin tibbi müayinədən keçirilməsi təşkil olunmuşdu. Rayonumuzun 79 ümumtəhsil məktəbində 30 min 419 nəfər şagird təhsil alır ki, bu günə qədər 19 min 500-ə yaxın şagirdimiz tibbi müayinədən keçirilib”.

Yoxlamalar zamanı xəstəlik aşkarlanan uşaqlar təkrar müayinədən keçirildikdən sonra aidiyyatı üzrə müalicəyə cəlb olunublar.

Ayaz İbrahimov- Şəmkir rayonunun baş pediatoru: “Müayinədən keçən uşaqlardan bu günə qədər 465 nəfər xəstə uşaq aşkarlanıb. Onlardan 22 nəfəri Bakı şəhərinə stasionar müalicəyə göndərilib. 18 nəfər isə Gəncə şəhərinə göndərilib”.

İlin sonuna kimi məktəblilərin icbari dispanzerizasiyası rayon üzrə tam başa çatdırılacaq.

Elton Cabbarlı