• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3007
— 11.11.2014 16:05

Gəncə şəhər Yaşıllaşdırma İdarəsi Gülçülük sahəsi gücləndirilmiş iş rejiminə keçib

Qış mövsümünə keçidlə əlaqədar Gəncə şəhər Yaşıllaşdırma İdarəsi Gülçülük sahəsi gücləndirilmiş iş rejimində çalışır. Şəhəri dekorativ güllərlə bəzədilməsində, təbii güllərdən gündəlik təqvimin hazırlanmasında xüsusi rolu olan sahədə 100-ə yaxın növ gül becərilir. Burada yetişdirilən güllərin əksəriyyəti yalnız yerli iqlimə uyğunlaşanlardır. İdarə şəhərin 30% yaşıllığının təminatını öz üzərinə götürüb. Qeyd edək ki, Gəncəyə xaricdən də gül sortları gətirilir.