• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3002
— 11.11.2014 16:04

Kəlbəcər rayonunun orta ümumtəhsil məktəblərinin yarıdan çoxu bu il odunla isidiləcək

Artıq həmin məktəblər odun tədarükü ilə tam təmin olunub.

Kəlbəcər rayonunun 114 orta ümumtəhsil məktəbi respublikanın 20 şəhər və rayonunda, məcburi köçkünlərin yaşadıqları yerlərdə fəaliyyət göstərir. Qışda həmin məktəblərdən 20-i mərkəzləşmiş istilik sistemi, 30-u müstəqil qazanxana, 64-ü elektrik və odun sobaları ilə isidiləcək.

Məhyəddin Əbdürrəhmanov- Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri: “Odun tədarükü görülüb, vaxtında orta məktəblər təmin olunub. Qışa hazırlıqla bağlı xüsusi komissiya yaradılıb. Bizim əsasən Daşkəsən, Ağsu, Göygöl, Goranboy rayonlarında olan məktəblərimizdə odun yanacağını vaxtında toplamışıq. Ona görə də qışda bizim məktəblərdə heç bir problem olmayacaq”.

Bu il rayonun 18 orta məktəbində isə təmir işləri aparılıb. 

Məhyəddin Əbdürrəhmanov- Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri: “Həm öz daxili hesabımızla, həm də məcburi köçkünlərin sosial inkişaf fondunun hesabına orta məktəblərdə cari təmir işləri aparılıb. Çardağı, döşəməsi sınan, divarları çat olan məktəblərimiz bu illəri tamamilə təmir olunub istifadəyə verilib”.

Ümumilikdə Kəlbəcər rayonunun orta ümumtəhsil məktəblərində 12.158 şagirdin təlim-tərbiyəsi ilə 2845 pedaqoq məşğul olur.

Elnur Vahidoğlu