• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3113
— 11.11.2014 12:35

Göygöldə Konstitusiya günü qeyd olunub

Göygöl rayonunda 12 noyabr Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib. 1995- ci ildə qəbul edilən konstitusiya qabaqcıl dünya təcrübəsinə və çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanıb. Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu və ümumi bəşər dəyərləri özündə əks etdirən bu sənəd hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur. Çıxışlar zamanı qeyd olunub ki, indi qarşıda duran əsas vəzifələrdən biri konstitusiyanın təbliği, onun əsas prinsip və müddəalarının dərindən öyrənilməsidr. Tədbir qarşılıqlı diskusiya şəklində davam edib. Şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.