• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3103
— 10.11.2014 19:52

Uzun illərdir yararsız vəziyyətdə olan kənd yolu yenilənir

Uzun illərdir yararsız vəziyyətdə olan Tovuz – Hunanlar – Qaraxanlı - Düz Cırdaxan avtomobil yolu yenilənir. Rayonda həmçinin yararsız vəziyyətdə olan işıqforlar da yeniləri ilə əvəz olunur.

Tovuz – Hunanlar – Qaraxanlı - Düz Cırdaxan avtomobil yolunda əvvəlcə iri texnikalarla yolun alt hissəsi düzəldilib. Daha sonra isə asfaltlanma işinə start verilib. 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda asfalt qatının qalınlığı 16 sm olacaq. 33 km uzunluğa malik yolun tikintisi üçün dövlət büdcəsindən ilkin olaraq 3 milyon manat ayrılıb. İşlərin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Tovuzda həmçinin köhnə və yararsız vəziyyətdə olan işıqforlar da yenilənir. Rayonun M.F.Axundzadə və Ə.Cavad küçələrinin kəsişməsində DİN-in Siqnal İdarəsinin əməkdaşları 4 müasir işıqfor quraşdırır. Hündürlüyü 4 metr olan bu tənzimləyicilər ölçülərinə görə, mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini daha tez cəlb edir. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforda dayanan zaman, digər nəqliyyat vasitələrinin işıqforu görməsində maneə yaranmır.

İdarə əməkdaşlarının məlumatına görə, yaxın zamanlarda işıqforların sayı artırılacaq. Bu günə qədər Qovlar qəsəbəsi də daxil olmaqla şəhərin müxtəlif yerlərində 30-a yaxın müasir işıqfor qurulub.