• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 10.11.2014 19:46

Bakıda məhkuma narkotik vasitə ötürülməsinin qarşısı alınıb

Penitensiar Xidmətin əməkdaşlarınınhəyata keçirdiyi axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emin Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Tamilla Ağayevanın və dayısı qızı Elnarə İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman Elnarə İsmayılovanın üzərində gizlətdiyi kibrit qutusunun içərisindən 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.