• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 10.11.2014 19:03

Bakıda bıçaqlanma hadisəsi baş verib

Suraxanı rayonunda qətl törədilib. Hadisə noyabrın 8-də rayonun Əmircan qəsəbəsi, Əmircan kənd soveti adlanan yerin qarşısında baş verib. 31 yaşlı Rövşən adlı şəxs qəsəbə sakini 26 yaşlı Babaş Fərmanoğluna 1 bıçaq xəsarəti yetirib. Ürəyindən xəsarət alan Babaş 3 saylı şəhər klinik xəstaxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Polis artıq hadisəni törədən şəxsi saxlayıb. Qəsəbə sakinlərinin verdiyi məlumata görə, Babaşın  atası da 4 il əvvəl öz kirayişini tərəfindən qətlə yetirilib. Mərhum Babaş və saxlanılan Rövşən ailələrinin tək övladı olub. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.