• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3032
— 10.11.2014 15:34

Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı idarəsinin kollektivi 1 aylıq ağacəkmə aksiyası keçirir

Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı idarəsinin kollektivi Bayraq günü münasibəti ilə ağacəkmə aksiyası keçirir. Bir ay davam edəcək aksiyada idarə əməkdaşları 55 minə yaxın ağacın əkilməsini nəzərdə tutub.

Şəhərin Heydər Əliyev parkında keçirilən aksiyada Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı idarəsinin 40 işçisi iştirak edib. Parkda  yerli iqlim şəratinə uyğun olan 2 min Eldar şamı, sərv ağacları əkilib. Ərazidə olan ağaclara aqrotexniki qulluq göstərilib, yeni əkilən ağaclar suvarılıb.

Rizvan Quliyev- Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin baş aqronomu: “Təkcə Heydər Əliyev mərkəzində noyabırın 8-dən indiyə kimi 5 min ədəd Eldar şamı və sərv ağacları əkilib. Bu aksiya bir ay müddətində davam etdiriləcək. Nəzərdə tutulub ki, şəhərimizdə payız mövsümü ilə əlaqədar olaraq 55 min ədəd irili-xırdalı ağac və kol bitkiləri əkilsin”.

Gəncə şəhərində  ilin əvvəlindən bu günədək 75 min ağac, 1 milyona yaxın müxtəlif cür gül-çiçək kolları əkilib. Şəhərin parklarında  60 ha qazon var ki, bunun da  12 ha-ı bu il səpilib.

Elnur Vahidoğlu