• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3023
— 10.11.2014 13:06

Göygöl rayonunda qış aylarında yolların qardan və buzdan təmizlənməsinə hazırlıq işləri yekunlaşıb

21 saylı Yol İstismarı İdarəsi soyuq aylarda avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bütün ehtiyat tədbirlərini həyata keçirib. 120 kubmetr qum və 30 ton duz tədarük edilib. İdarədə artıq qərargah da yaradılıb. Qurumun əməkdaşları tərəfindən sərt döngələrə malik olan avtomobil yollarının kənarlarına qum və duz tökülüb. Ümumilikdə 172 km yola xidmət göstərən 21 saylı Yol İstismarı İdarəsinin texnikaları da qeyri-sabit hava şəraiti üçün tam hazır vəziyyətə gətirilib.

Şəmsi Nəcəfov- 21 saylı Yol İstismarı İdarəsinin baş mühəndisi: “Qış mövsümü ilə əlaqədar olaraq iki ədəd “Qreyder” markalı ekskavator-özüboşaldan avtomobillər hazırdır. Bizim iş elədir ki, yollar əsasən gecə işlənilməlidir. Heç bir problem yoxdur, bütün hallarda avtomobillərin rahat hərəkətini təmin etməyə imkanımız var”.