• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 10.11.2014 10:25

“Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibinin heyəti açıqlandı

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Antonio Konte Xorvatiya ilə oyun üçün 25 futbolçuya dəvət göndərib.

Konte ilk dəfə olaraq "Liverpul"un hücumçusu Mario Balotellini milliyə dəvət edib.

Qeyd edək ki, noyabrın 16-da evdə Xorvatiya yığması ilə qarşılaşacaq İtaliya millisi iki gün sonra Albaniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Mattia Perin (“Genua), Salvatore Siriqu (PSJ, Fransa)
 
Müdafiəçilər: Corcio Kyellini (“Yuventus”), Andrea Ranokkya (“İnter”), Ancelo Oqbana ("Yuventus"), Daniele Ruqani (“Empoli”)
 
Yarımmüdafiəçilər: Bertolaççi (“Genua”), Ciacomo Bonaventura, (“Milan”), Marko Parolo (“Latsio”), Alessio Çerçi (“Atletiko”, İspaniya), Matteo Darmian (“Torino”), De Rossi (“Roma”), Mattia de Şilyo (“Milan”), Klaudio Markizio (“Yuventus”), Antonio Kandreva ("Latsio"), Stefan Əl-Şəravi ("Milan"), Manuel Paskual (“Fiorentina”), Roberto Soriano (“Sampdoriya”), Marko Verratti (PSJ, Fransa)
 
Hücumçular: Mario balotelli, (“Liverpul”, İngiltərə), Sebastian Covinko (“Yuventus”), Çiro İmmobile (“Borussya” Dortmund), Qraziano Pelle (“Sautqempton”, İngiltərə), Simone Zaza (“Sassuolo”)