• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2078
— 08.11.2014 13:34

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları keçirilib

Turun açılış oyununda “Telekom” “Rabitə”ni sınağa çəkib. Qarşılaşma gözlənildiyi kimi çempionun qələbəsi ilə sona çatıb. “Telekom” 2-ci setdə adlı-sanlı rəqibə müqavimət göstərib. Amma təcrübəsizlik öz sözünü deyib - 0:3. Günün digər oyununda “Azərreyl” “Lokomotiv”lə gücünü yoxlayıb. Gərgin keçən qarşılaşmada qonaqlar set itkisi ilə üzləşsələr də, xal itirməyiblər. 1:3. Beləliklə, çempionatda keçirdiyi hər iki oyunda qələbə qazanan “Rabitə” və “Lokomotiv” 6 xalla rəqiblərindən bir qədər də aralanıblar.