• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 08.11.2014 13:21

İspaniya Premirosu və Almaniya Bundesliqasında 11-ci turun görüşlərinə start verilib

İspaniya çempionatında tərəflər bir xalla kifayətlənib, Almaniya Liqasında isə qonaq komanda qələbəyə sevinib.

La Liqanın 11-ci turunun açılış matçında autsayder "Kordoba" doğma publika önündə "Departivo" komandası ilə üz-üzə gəlib. Görüşün 17-ci dəqiqəsində qarşılaşmanın baş hakimi kobud oyuna görə qonaqların qapısına onbirmetrlik cərimə zərbəsi təyin edib. Gəl ki, topa yaxınlaşan Federiko Nikolas qapıçı səddini aşa bilməyib. İlk yarım saatın tamamında referi daha bir dəfə "Kordoba"nın lehinə qərar qəbul edib. Belə ki, "Departivo"nun heyətində Helder Poştiqanı meydançadan qovan baş hakim ev sahiblərinin işini bir qədər  də asanlaşdırıb. Ancaq tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmayıb və görüş başladığı hesabla da sona çatıb.

Almaniya Bundesliqasında "Herta" doğma meydanda "Hannover"lə qarşılaşıb. Qarşılaşma qonaqların qələbəsi ilə sonuçlanıb. Görüşdə sükut ilk hissənin sonuna 1 dəqiqə qalmış pozulub. "Hannover"in heyətində Cimmi Brian baxımlı zərbə ilə toru havalandırıb. 76-cı dəqiqədə meydan sahibləri oyuna ikinci dəfə mərkəzdən başlamaq məcburiyyətində qalıb. Hiroşi Kiyotake rəqib müdafiəçini məharətlə aldadaraq qol istəyini reallaşdırıb. 0:2 Bu qələbə sayəsində "Hannover" futbolçuları xallarının sayını 19-a çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəliblər.