• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3507
— 07.11.2014 19:49

Bakıda 36 yaşlı kişini qatar vurub

Xətai rayon Polis İdarəsinin məlumatına görə, hadisə “NZS” qəsəbəsində qeydə alınıb. 36 yaşlı Tofiq Əsgərov dəmir yolu xəttini keçərkən müvazinətini itirərək yıxılıb. Hərəkətdə olan qatar onun üstündən keçib. Nəticədə ayaqları bədənindən ayrılan Tofiq Əsgərov çoxlu qan itirdiyindən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.