• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3506
— 07.11.2014 19:04

DİN Tofiq Bəhramov adına Respublika Stadionunda baş verən bədbəxt hadisə barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi dünən Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş verən bədbəxt hadisə barədə məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, stadionun 11 saylı sektorunun giriş darvazası çərçivədən çıxaraq Sumqayıt şəhər sakini Samir Mirzəyevin üzərinə aşıb və o, xəstəxanaya yerləşdirilib. Qeyd edək kİ, hadisə dünən Ağdamın "Qarabağ" və Ukraynanın "Dnepr" komandalarının qarşılaşması zamanı baş verib.