• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3382
— 07.11.2014 18:46

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülüb.