• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 07.11.2014 18:45

Yüksək sürət növbəti qəzaya səbəb oldu

Ötən gecə Oğuzda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Şəkidə baş verən yol-nəqliyyat hadisəsində isə bir nəfər xəsarət alıb.

Oğuzda bu gecə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Oğuz rayonu, Bucaq kəndində "ZİL" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsünün sıxılmış meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  

Bu gün günorta saatlarında isə Şəkidə qəza baş verib. Hadisə Şəki-Yevlax magistralında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən VAZ 21099 markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü yüngül xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.