• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2162
— 07.11.2014 16:29

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun görüşləri keçirilib

Qitənin ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ" F qrupunun oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanın "Dnepr" kollektivi ilə qarşılaşıb.

Səfərdə rəqibini minimal hesabla üstələyən Qurban Qurbanovun yetirmələri doğma meydanda eyni ssenarini təkrarlaya bilməyib. Qonaqlar 15-ci dəqiqədə hesabı açıb. Nikola Kaliniçin baş zərbəsi komandamızı oyuna mərkəzdən başlamağa məcbur edib. 36-cı dəqiqədə Ağdam klubu status kvonu bərpa edib. Leroy Corc cərimə zərbəsini ustalıqla yerinə yetirməklə stadiona toplaşan azarkeşləri ayağa qaldırıb. Ancaq 73-cü dəqiqədə növbəti dəfə diqqət mərkəzinə düşən Nikola Kaliniç komandasına qələbə qazandırıb.

Avropa Liqası

Qrup mərhələsi

 IV tur

F qrupu

6 noyabr

“Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) - 1:2

QOLLAR:  Leroy Corc, 36 - Nikola Kaliniç, 15; 73