• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 06.11.2014 19:44

Gəncə və Göygöldə oğurluq hadisələri baş verib

Gəncədə oğurluq hadisəsi baş verib. Şəhər sakini Raminə İsmayılovaya məxsus 8 min manat dəyərində qızıl-zinət əşyaları və külli miqdarda pul oğurlanıb. Göygöldə isə noyabrın 4-də sakinlərdən 500 manat oğurlayan 3 nəfər tutulub.

Gəncədə noyanbrın 4-də ev sahiblərinin Aşura mərasiminə getməsini fürsət bilən naməlum şəxslər günorta vaxtı mənzili soyub. Evə döndükdən sonra hadisədən xəbər tutan 36 yaşlı Raminə İsmayılova Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə müraciət edərək evinin soyulduğunu bildirib. Polisdən verilən məlumata görə, ev sahibi oğruların pəncərəni sındıraraq içəri daxil olduğunu, evdən 8 min manat dəyərində qızıl-zinət əşyaları və 100 min manata qədər pul oğurladığını bildirib. Cinayəti törədən şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 4-də Həbib Kərimovun və Məhəmməd Qarayevin 500 manat və mobil telefonlarını quldurluq yolu ilə oğurlayan şəxslər tutulub. Saxlanılanlar Haçaqaya kənd sakinləri Qurban Qurbanov, Samir Qurbanov və əvvəllər məhkum olan Mədət Ələsgərovdur. Faktla bağlı cinayət açılıb, araşdırma davam edir.