• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 06.11.2014 19:21

Bakı şəhərində dələduzluqla məşğul olan şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, paytaxtın Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində  vətəndaşların  etibarından sui-istifadə edərək Bakı şəhər sakinləri – Ramin Verdiyevdən 2011-ci ildə 7000 manat,  Xəyalə Haqverdiyevadan 2012-ci ildə 16000 ABŞ dollar alıb qaytarmamaqda şübhəli bilinən 43 yaşlı Bakı şəhər sakini Pərvanə Qarayeva tutulub. Şübhəli şəxs haqqında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.