• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 06.11.2014 19:29

Bakıda avtomobilləri oğurluyan şəxs tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Metropolitendə Polis Şöbəsi və Suraxanı 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da İslam Teymurova, sentyabrın 10-da Böyükağa Cabbarova və oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus avtomobilləri qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunan Emil İsmayılov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Zahir Əzizov və İlqar Müslümlü ilə birgə noyabrın 1-də Məhərrəm Rzayevə məxsus avtomobildən maqnitofon və sənəd oğurlamas da müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zahir Əzizov və İlqar Müslümlü tutulublar.