• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3601
— 06.11.2014 18:21

Azərbaycanda estakadada uçqun olub, 1 nəfər ölüb, dənizə düşən 4 nəfər xilas edilib. İtgin düşən 1 nəfərin axtarışları davam etdirilir

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu gün saat 16:00 radələrində “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə Neft Qaz Çıxarma İdarəsinin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüb.  Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri isə davam etdirilir. Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.