• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 06.11.2014 18:45

Bakıda sərnişin avtobusunun sürücüsü qəza törədib

Bakının Xətai rayonunda sərnişin avtobusu qəza törədib. 23 saylı xətt üzrə hərəkət edən "İveko" maraklı sərnişin avtobusunun sürücüsü Gəncə prospektindən  Zığ dairəsinə dönmə əməliyyatını yerinə yütirərkən avtobus yol ayrıcındakı səkilərə çırpılıb. Toqquşmadan sonra avtobus yolun ortasına aşıb. Hadisə vaxtı maşında sərnişinlərin olmaması qəzanın xəsarətsiz ötüşməsi ilə nəticələnib. Qəza yerinə cəlb olunan yol patrul xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, sürücü avtobusu sənədsiz idarə edirmiş. Sürücü izahatının alınaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.