• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2041
— 06.11.2014 11:19

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində növbəti döyüşlər baş tutub.

Geridə qalan günü bir çox  çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçirilib.  Milli komandamızın 6 üzvü 1/4 finalda gücünü sınayacaq. 57 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov İngiltərə idmançısı Rayan Qarneri məğlub edib – 2:1. Boksçumuz 1/4 finalda şotlandiyalı Kallum Stüartla qarşılaşacaq.

Pərviz Quliyev də (63 kq) növbəti mərhələyə vəsiqə əldə edib.  Millimizin üzvü Gürcüstan təmsilçisi Sekerxan Madiyev üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz 1/4 finalda macarıstanlı Mark Kontreçlə üz-üzə gələcək. Süleyman Məhərrəmov (54 kq), Seymur İsayev (60 kq), Elxan Əliyev (66 kq) və Ramazan Abdullayev (52 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar.  

  

Qeyd edək ki, 80+kq çəki dərəcəsində Məhəmməd Abdullayev artıq yarımfinala vəsiqəni təmin edib.

 

Boksçularımızın ¼ finaldakı rəqibləri:

46 kq: Ruslan Rüstəmov – Pavel Ryasni (Rusiya)

48 kq: Malik Həsənov – Nikita Piskunov (Rusiya)

57 kq: Bəxtiyar Qazıbəyov – Kallum Stüart (Şotlandiya)

63 kq: Pərviz Quliyev – Mark Kontreç (Macarıstan)

70 kq: Rasim Çobanlı – Nikita Krasnabayev (Belarus)

75 kq: Hacı Dilbazov – İvan Çubrevçev (Ukrayna)