• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3715
— 06.11.2014 11:29

Kriştianu Ronaldo “Qızıl buts” mükafatına layiq görülüb

Madridin “Real” klubunun portuqalyalı ulduz futbolçusu Kriştianu Ronaldo Avropa çempionatlarının ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatına layiq görülüb. Təqdimetmə mərasimi Madrid otellərindən birində baş tutub. Ronaldo mükafatı "Barselona"nın hücumçusu Luis Suareslə bölüşməli olub. Çünki hər iki futbolçu bir mövsümdə 31 qol vurub. Xatırladaq ki, Ronaldo daha əvvəl iki dəfə "Qızıl buts"a layiq görülüb. 2008-ci ildə "Mançester Yunayted"in heyətində, 2011-ci ildə isə Madrid "Real"ında adıçəkilən mükafat portuqaliyalı futbolçuya təqdim olunub.