• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3715
— 06.11.2014 11:25

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun görüşlərinə yekun vurulub

E qrupunda reallaşan görüşdə "Mançester Siti" evdə Rusiyanın MOİK kollektivini qəbul edib. Oyunda hesab 2-ci dəqiqədə açılıb. Qonaqların heyətində Seydu Dumbia baş zərbəsi ilə çərçivəni dəqiq nişan alıb. Meydan sahiblərinin cavabı isə gecikməyib. 8-ci dəqiqədə Yaya Ture cərimə zərbəsini mükəmməl yerinə yetirməklə tablodakı rəqəmləri eyniləşdirib. Lakin 34-cü dəqiqədə daha bir dəfə diqqət mərkəzinə düşən Dumbiya  Moskva klubuna 2:1 hesablı qələbə qazandırıb.

Qrupun digər oyununda "Bavariya" doğma publika önündə "Roma" ilə üz-üzə gəlib. Görüşdə ilk dəqiq zərbə 38-ci dəqiqədə reallaşıb. Münhenli futbolçulardan Frank Riberi komanda yoldaşının ötürməsini bir toxunuşla tora atıb. 34-cü dəqiqədə Mario Qötze ikinci qolu vuraraq almanların qələbəsini rəsmiləşdirib.

F qrupunun oyunları çərçivəsində "Ayaks" evdə "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma katalonların üstünlüyü ilə bitib. 36-cı dəqiqədə qonaqlardan Lionel Messi fərqlənib. Argentinalı ulduz futbolçu 76-cı dəqiqədə növbəti dəfə yerli azarkeşlərin kefini pozaraq "Barselona"nın 2:0 hesablı qələbəsində pay sahibi olub.

PSJ - APOEL matçı qrupun digər oyunu olub. Qarşılaşmanın taleyi bir qoldan asılı olub. Görüşün 1-ci dəqiqəsində Fransa təmsilçisinin heyətində rəqibi mərkəzə dəvət edən Edinson Kavani komandasına minimal hesablı qələbə qazandırıb.

G qrupunda "Çelsi" səfərdə "Maribor"un qonağı olub. Qarşılaşmada sükutu meydan sahibləri pozub. 50-ci dəqiqədə Aqim İbraimi mükəmməl zərbə ilə yerli azarkeşləri ayağa qaldırıb. 73-cü dəqiqədə Nemanya Matiç "zadəganlar"ın bərabərlik qoluna imza ataraq, hesabı bərabərləşdirib. Bu qol eyni zamanda görüşdə qapılara vurulan sonuncu qol olub.

Qrupun digər oyunu olan "Sportinq" - "Şalke" matçı məhsuldarlığı ilə seçilib. Görüşdə ilk olaraq hesab qonaqların xeyrinə dəyişib. İslam Slimani avtoqol müəllifinə çevrilərək "Şalke"nin hesabı açmasına yardımçı olub. 26-cı dəqiqədə Sarr bərabərlik qoluna imza ataraq "Sportinq" azarkeşlərini sevindirib. 52-ci dəqiqədə Ceferson fərqlənərək portuqaliyalıları hesabda irəli çıxarıb. 72-ci dəqiqədə adını tabloya yazdıran Nani komandasının üstünlüyünü bir qədər də artırıb. Sona iki dəqiqə qalmış Denis Aoqo çərçivəyə dəqiq zərbə endirərək alman klubunu ümidləndirib. Ancaq görüşün son anlarında Slimani Sportinqin 4:2 hesablı qələbəsini rəsmiləşdirib.

H qrupunda reallaşan Atletik Bilbao - Porto görüşü qonaqların xeyrinə başa çatıb. 55-ci dəqiqədə Cekson Martinez diqqət mərkəzinə düşərək hesabı portuqaliya təmsilçisinin lehinə dəyişib. 73-cü dəqiqədə ispanların qapıçısının kobud səhvi nəticəsində Brahimi "Porto"nun ikinci qolunu vurub. Bu qol eyni zamanda görüşdə sonuncu dəqiq zərbə olub.

"Şaxtyor" Bate qarşılaşması isə ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qol pərdəsini 19-cu dəqiqədə Daryo Srna açıb. 48-ci dəqiqədə Aleks Teyşeyra hesabı 2:0 a çatdırıb. 10 dəqiqə sonra Luis Adrano onbiormetrlik cərimə zərbəsindən fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib. Müdafiə xəttində boşluqlar yaradan belarus klubu oyunun irəliləyən dəqiqələrində daha iki dəfə cəzalanıb. Müvafiq olaraq 83-cü və 90-cı dəqiqələrdə rəqib qapısına yol  tapmaqla het trik edən Luis Adriano Ukrayna təmsilçisinə 5:0 hesablı qələbə qazandırıb.

 

Çempionlar Liqası

IV tur

5 noyabr

E qrupu

“Bavariya” – “Roma”  - 2:0

Qollar: Riberi, 38, Qötse, 64

 

 

“Mançester Siti” - MOİK - 1:2

Qollar: Ture, 8 - Doumbia, 2; 34

 

F qrupu

PSJ – APOEL - 1:0

Qol: Kavani, 1

 

 

“Ayaks” – “Barselona” - 0:2

Qollar: Messi, 36; 76

 

G qrupu

“Maribor” – “Çelsi” - 1:1

Qollar: İbraimi, 50 - Matiç, 73

 

 

“Sportinq” – “Şalke” - 4:2

Qollar: Sarr, 26, Cefferson, 52, Nani, 73, Slimani, 90+1 - Slimani, 17-avtoqol, Aoqo, 88

 

H qrupu

"Atletik” – “Porto” - 0:2

Qollar: Martines, 56, Brahimi, 73

 

 

“Şaxtyor” – BATE - 5:0

Qollar: Srna, 19, Aleks, 48, Adriano, 58-pen; 83, 90+3