
Bunu, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki açıqlayıb.
O, Banqkokda keçirilən tədbir zamanı qeyd edib ki, Ermənistanın yarışdakı iştirakını əngəlləyən problemlər həllini tapıb. İşğalçı ölkənin nümayəndə heyəti isə AOK-un yaxın 2 həftə ərzində Bakıda keçiriləcək Baş Assambleyasında iştirak edəcək.
Ermənistan Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyan bildirmişdi ki, təhlükəsizlik təmin olunacağı halda Bakıya yollanacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da oktyabrın 9-da Ermənistana səfəri zamanı bu ölkənin yığmasının Avropa Oyunlarında iştirakı ilə bağlı təhlükəsizlik təminatını prezident Serj Sarkisyanla müzakirə etmişdi.
Qeyd edək ki, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bütün ölkələrə, o cümlədən Ermənistana da hələ sentyabrın 4-də təhlükəsizliklərinin təmin olunacağını bildirmişdi.
- Baxış: 256