• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3713
— 06.11.2014 11:27

Bu axşam UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun görüşləri keçiriləcək

Qitənin ikinci dərəcəli klub turnirində yer alan yeganə təmsilçimiz "Qarabağ" ilk oyunda səfərdə məğlub etdiyi "Dnepr"lə bu dəfə evdə qarşılaşacaq. 4 xalla F qrupunun ikinci pilləsində qərarlaşan Ağdam təmsilçisi bu görüşdə qalib gələrsə, bir sıra ilklər və rekordların gerçəkləşməsinə səbəb olacaq. Belə ki, Qurban Qurbanovun yetirmələri qrup mərhələsində ilk dəfə olaraq iki qələbə qazanmış olacaq, eyni zamanda növbəti mərhələyə çıxmaq üçün böyük fürsət əldə edəcək. Təbii ki, bunun üçün qrupumuzun digər oyunu olan "Sent Etyen" - "İnter" görüşündə ikincilər qalib gəlməlidir. Belə olan halda "Qarabağ"ın qrup mərhələsində ikinci sıradakı yeri möhkəmlənəcək. Qeyd edək ki, "Qarabağ" - "Dnepr" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.